Vəfat etmiş yaxınlarla “virtual ünsiyyət” qura biləcəyiniz proqram hazırlandı

İKT

15.11.2025 19:00

ABŞ-da 2wai adlı yeni süni intellekt proqramı insanların vəfat etmiş qohumlarının rəqəmsal avatarları ilə “ünsiyyət qurmasına” imkan verəcək. Bu barədə “Daily Mail” məlumat yayıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, proqram istifadəçilərə real və ya uydurma şəxsin rəqəmsal surətini yaratmağa, daha sonra həmin avatarla chatbot vasitəsilə real vaxtda dialoq aparmağa şərait yaradır.

Reklam çarxında hamilə bir qadının mərhum anasının rəqəmsal versiyası ilə danışdığı, daha sonra isə körpəsinin də “nənə” ilə ünsiyyət qurduğu göstərilib.

Məlumatda bildirilir ki, bu texnologiya sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çoxları tətbiqi “şeytani, vicdansız və qeyri-insani” adlandırıb.

Qeyd edilib ki, yaxın günlərdə Cons Hopkins Universitetinin alimləri də süni intellekt vasitəsilə hipertrofik kardiomiopatiyası olan xəstələrdə qəfil ürək ölümü riskini 89% dəqiqliklə proqnozlaşdıra bilən model hazırlayıb.

Jalə Rövşən

TodayPress TV "


tag: Süni intellekt ,Vəfat edən şəxslər ,Ünsiyyət,ABŞ,Todaypress.tv,