Texnologiya tarixinin ən qəribə smartfonları açıqlandı

Texnologiya tarixinin ən qəribə smartfonları açıqlandı
30.06.2026 09:01 İKT

"BGR" nəşri qeyri-adi dizaynı ilə yadda qalan ən maraqlı smartfonların siyahısını təqdim edib.

TodayPress TV xəbər verir ki, siyahıdakı bütün cihazlar "Android" əməliyyat sistemi əsasında hazırlanıb.

Müəlliflərin fikrincə, "Android" istehsalçılara daha fərqli və cəsarətli dizaynlar yaratmaq imkanı verib.

Siyahıda 90 dərəcə fırlanan ekrana malik "LG Wing 5G" xüsusi yer tutur. Nəşr bu modeli qeyri-adi quruluşu və motorlu açılan ön kamerası ilə fərqlənən smartfon kimi qiymətləndirib.

"BGR" həmçinin həm "BlackBerry OS", həm də "Android" sistemini dəstəkləyən "BlackBerry Passport" modelini, 3D ekranı ilə diqqət çəkən "Amazon Fire Phone"u və daxili proyektorla təchiz olunan "Samsung Galaxy Beam i8530"u da siyahıya daxil edib.

Bundan əlavə, arxa hissəsindəki xüsusi dayağı sayəsində masaüstü saat kimi istifadə oluna bilən "Motorola Backflip" də ən qeyri-adi telefonlardan biri kimi göstərilib.

Jurnalistlərin qənaətinə görə, bu modellər innovativ ideyalar təqdim etsələr də, əksəriyyəti kommersiya baxımından uğur qazana bilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər