"Tesla" 20 mindən çox avtomobilini geri çağırır
ABŞ-nin “Tesla” şirkəti faralarla bağlı problemə görə 20 349 avtomobilini geri çağırır.
TodayPress TV xəbər verir ki, geri çağırılma bəzi “Tesla Model 3” və “Model Y” elektromobillərinə şamil olunur.
Məlumata görə, avtomobillərin yaxın işıqları həddindən artıq parlaq ola bilər. Bu isə qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə imkanlarını məhdudlaşdıraraq qəza riskini artıra bilər.
Tənzimləyici orqanın məlumatına əsasən, problemin aradan qaldırılması üçün hələlik yekun həll müəyyən edilməyib.
Türkan İsgəndərli