TEKNOFEST 2025-də "Azərbaycan rüzgarı"

TEKNOFEST 2025-də "Azərbaycan rüzgarı"
24.09.2025 16:50 İKT

17–21 sentyabrda İstanbulda “TEKNOFEST-2025 İstanbul” Aerokosmik və Texnologiya Festivalı keçirilib. 

TodayPress TV xəbər verir ki, dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST, texnologiya və elmin ən həyəcanlı yeniliklərini bir daha nümayiş etdirib.

Qeyd edək ki, bu il 13-cü dəfə təşkil olunan festivala 1 milyon 32 min ziyarətçi qatılıb.

Milli Texnologiya Hərəkatı  ilə keçirilən festival çərçivəsində 5 gün müddətində texnologiya müsabiqələri, hava şouları, konsertlər, sərgilər, emalatxana dərsləri və digər innovativ tədbirlər ziyarətçilərə unudulmaz anlar yaşadıb.

Dünyanın 96 ölkəsindən 565 min 776 komandanın müraciət etdiyi festivalda Azərbaycan, iştirak edənlərin və finalçıların sayı ilə birinci yerdə olub. 

T3 Fondu və TEKNOFEST Azərbaycan nümayəndəsi Ahmet Köse bildirib ki, bu il TEKNOFEST-ə Azərbaycanın marağı rekord səviyyəyə çatıb. Onun verdiyi məlumata görə Azərbaycan tərəfindən 3250 komanda TEKNOFEST 2025-ə müraciət edib. Müraciət edən komandalar arasından isə 43 komanda finala yüksəlib. Finala çıxan 6 komanda mükafat qazanaraq böyük uğura imza atıb.

Ahmet Köse bildirib ki, ümumilikdə 500000 çox komandanın müraciət etdiyi və 2000-dən artıq finalçının yarışdığı bu möhtəşəm festivalda Azərbaycanın iştirak edənlərin sayı və qalibiyyət nəticəsi olaraq bütün ölkələr arasında birinci yerə yüksəlməsi qürurvericidir. 

“Azərbaycanlı gənclərin bu uğurları bizə qürur verir. Ölkəmizdə elm və texnologiyaya olan maraq ildən-ilə artır. TEKNOFEST iki qardaş ölkənin gənclərini ortaq bir məqsəddə birləşdirir”.

O həmçinin qeyd edib ki, Milli Texnologiya Hərəkatının yalnız Türkiyədə deyil, qardaş coğrafiya ölkələrində də inkişafı sevindirici və təqdirə layiqdir. 

Ahmet Köse bildirib ki, TEKNOFEST 2025 İstanbulda bu il ilk dəfə təqdim edilən təcrübə sahələri, sərgilər və yeni yarışmalarla diqqət mərkəzinə çevrilib: “Ziyarətçilər Salvo, Marlin və Albatros İDA-ları, Abdulhamit Sualtı Gəmisini yaxından görmək imkanı əldə etdi. KÜME Fondu, Fetih 1453 Rəqəmsal Təcrübə, Polad Günbəz Hava Hücumundan Müdafiə Sistemi və TEİ BREMZE təcrübəsi festivalın əsas yenilikləri oldu. Kənd təsərrüfatında genetik araşdırmalar, laboratoriyalarda embrion yaratma və köçürmə prosesi də maraqla qarşılandı. Onu da deyim ki, bu il festivala Onkologiyada 3T, Süni İntellekt Film Yarışması, TEKNOFEST Peşə Bacarıqları Yarışması, N’Sosial Super App Creathon Yarışması, TEKNOFEST, 5G Mövqeləndirmə Yarışması, Təhlükəsiz Peyk Rabitəsi Yarışması, Fəaliyyət-əsaslı Türk Dilində Böyük Dil Modeli Yarışması, Pilotsuz Quru Nəqliyyat Vasitəsi Yarışması, TEKNOFEST Memarlıq və Vizual Dizayn Yarışması, Beynəlxalq Uşaq Elm Yarışması, Su Altı Raket və daha bir çox yeni yarışma əlavə olundu. TEKNOFEST 2025 proqramına əlavə edilən bu yeni yarışmalar gənclərin müxtəlif sahələrdə yaradıcılığını və istehsal gücünü nümayiş etdirməsinə çox böyük imkan yaratdı”.

TodayPress TV

FOTOLAR

TEKNOFEST 2025-də "Azərbaycan rüzgarı" — 1
TEKNOFEST 2025-də "Azərbaycan rüzgarı" — 2
TEKNOFEST 2025-də "Azərbaycan rüzgarı" — 3
XƏBƏR LENTİ
03 IYUN 2026
Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bütün Xəbərlər