Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı kəskin artdı
Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 691 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
TodayPress TV xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98,6 % çoxdur.
Təkcə mayda isə 288 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur.
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.
(Report)