Radiasiya təhlükəsizliyi və su monitorinqi üzrə 10-dan çox layihə icra edilib

İKT

02.02.2026 10:54

"2025-ci il ərzində elmi-tədqiqat və radiasiya təhlükəsizliyi sahəsində mühüm tədbirlər həyata keçirilib".

TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.

O bildirib ki, dövlət proqramları çərçivəsində yüksək radiasiya təhlükəsizliyi, su ehtiyatlarının monitorinqi və texnoloji həllərin tətbiqi istiqamətində 10-dan çox layihə icra olunub. 

"Bu layihələr çərçivəsində müxtəlif su ehtiyatlarında və kənd təsərrüfatı məhsullarında radiasiya göstəriciləri təhlil edilib. Həmçinin 2025-ci il ərzində ümumilikdə 94 radiasiya təhlükəsizliyi tədbiri həyata keçirilib.

Eyni zamanda 33 içməli su obyekti qiymətləndirilib, aparılan yoxlamalar əsasında hesabatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib".

Sədr əlavə edib ki, bu tədbirlər əhalinin sağlamlığının qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,