"Nissan" yeni modelini təqdim etdi

İKT

30.04.2026 19:45

"Nissan"ın yeni elektrik avtomobili tamamilə elektrik mühərriki ilə işləyəcək və ölçüləri ilə "Toyota Camry"ni üstələyəcək.

TodayPress TV xəbər verir ki, avtomobilin uzunluğu 4930 mm, təkər bazası isə 2915 mm-dir.

Məlumata görə, bu modelin Çin istehsalı "Dongfeng Nissan N7"in rebrendinq olunmuş versiyası olduğu güman edilir. Avtomobil tək mühərriklə 215 at gücü (160 kVt) və 305 Nm fırlanma anı istehsal edir. 60 kVt/saatlıq batareya ilə təxminən 500 km məsafə qət edə bilir.

Modelin satış tarixi hələ açıqlanmayıb, lakin onun ixrac ediləcəyi təsdiqlənib. İstehsal isə Çinin Quançjou şəhərində yerləşən "Dongfeng Nissan Huadu" zavodunda həyata keçirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nissan,Avtomobil,Toyota,Mühərrik,Todaypress.tv,