"iPhone 18"yeniliklə gəlir: "Apple" RAM texnologiyasına keçə bilər

"iPhone 18"yeniliklə gəlir: "Apple" RAM texnologiyasına keçə bilər
27.06.2026 14:32 İKT

"iPhone 18" və "iPhone 18e" modellərinin əvvəlki nəsillərlə müqayisədə fərqli yaddaş konfiqurasiyası ilə təqdim oluna biləcəyi barədə məlumat yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "GSMArena" məlumat yayıb. 

İddiaya görə, hər iki model 9 GB RAM yaddaşı ilə təchiz edilə bilər.

Məlumata əsasən, cihazlarda 1,5 GB-lıq altı yaddaş çipindən istifadə olunacaq ki, bu da "iPhone 17" seriyasında tətbiq edilən dörd 2 GB-lıq çip dizaynından fərqlənir. Bu dəyişiklik ümumi RAM həcmini 1 GB artırmış olur.

Bildirilib ki, əlavə yaddaş "Apple Intelligence" funksiyalarının daha stabil və sürətli işləməsinə xidmət edə bilər. Baza modellərin A20 prosessoru, Pro versiyalarının isə A20 Pro çipi ilə gələcəyi iddia olunur.

Flaqman modellərdə isə 12 GB RAM istifadəsi ehtimal edilir. Bunun səkkiz 1,5 GB-lıq çipdən ibarət olacağı qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər