İnformasiya və rabitə sektorunun gəlirləri 7%-dən çox artdı
Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 1416,9 milyon manat dəyərində xidmət göstərilib.
Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,3% çoxdur.
Bu göstəricinin 74,3%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,6%-i və ya 490,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.