ETX haktivist qrupların kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə etdi

ETX haktivist qrupların kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə etdi
10.10.2025 20:10 İKT

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.

Bu barədə TodayPress TV-yə  ETX-dan bildirilib.

Qeyd olunur ki, son günlər "Red Wolf Cyber" və "Hazi Rash" adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.

"Bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır", - məlumatda deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər