"ChatGPT"nin fəaliyyətində qlobal nasazlıq yarandı

"ChatGPT"nin fəaliyyətində qlobal nasazlıq yarandı
21.07.2025 17:31 İKT

Amerikanın “OpenAI” şirkəti tərəfindən yaradılmış "ChatGPT" süni intellekt çat-botunun fəaliyyətində bir sıra ölkələrdə problemlər müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.

Portalın məlumatına görə, ən çox nasazlıq halları ABŞ-də qeydə alınıb – təkcə bu ölkədən 1,700-dən çox istifadəçi şikayət edib. Eyni zamanda, Böyük Britaniya, Almaniya, İtaliya və digər Avropa ölkələrindən də oxşar problemlər bildirilib.

Xatırladaq ki, "ChatGPT" xidməti 2022-ci ildə “OpenAI” tərəfindən təqdim olunub. Süni intellekt əsaslı çat-bot istifadəçilərlə dialoq formatında ünsiyyət qurmaq, sualları cavablandırmaq, səhvlərini etiraf etmək, yanlış fərziyyələri təkzib etmək və uyğun olmayan sorğuları rədd etmək qabiliyyətinə malikdir.

Töhfə Səməd

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər