Azərbaycan Rəqəmsal Akademiyasının məzunlarının 86 faizi işlə təmin olunub

İKT

02.02.2026 10:49

"Bəzi dövlət qurumları və özəl sektorda fəaliyyət göstərən müəssisələr Azərbaycan Rəqəmsal Akademiyasının (ARA) məzunlarını işə qəbul edir.

TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, ARA-nın tədris proqramları ali təhsil müəssisələri ilə birgə həyata keçirilir və təlimlər sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır.

"Akademiya hazırda 7 universitetlə əməkdaşlıq çərçivəsində informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətləri üzrə kadr hazırlığını həyata keçirir.

Bildirilib ki, ARA məzunlarının 86 faizi artıq əmək bazarında işlə təmin olunub".

Türkan İsgəndərli

TodayPress TV

tag: Fərid Osmanov,Sədr,Konfrans,Çıxış,Todaypress.tv,