"Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu

"Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu
27.06.2026 20:55 İdman

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün yoxlama oyunu keçirib.

TodayPress TV xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Özbəkistan təmsilçisi "Navbahor"la münasibətləri aydınlaşdırıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1. Təmsilçimizin təsəlli qolunu Yeqor Boqomolski vurub.

Qeyd edək ki, "Zirə" Bakıda keçirdiyi ilk yoxlama oyununda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər