Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR

Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR
17.08.2026 19:21 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyət, Donetsk vilayətinin müxtəlif istiqamətlərində, o cümlədən Konstantinovka, Slavyansk və Pokrovsk bölgələrindəki vəziyyət barədə məruzə aldığını bildirib.

TodayPress TV bu barədə Ukrayna lideri “Telegram”da yazıb.

Zelenski qeyd edib ki, Ukrayna tərəfinin Rusiya ordusunun həmin ərazilərdəki planları ilə bağlı yenilənmiş məlumatları var və buna uyğun əks tədbirlər hazırlanır.

Onun sözlərinə görə, müdafiə naziri Ukrayna şəhərlərinin, icmalarının və cəbhəyanı logistikanın Rusiya PUA-larından qorunması barədə məruzə edib. Bu istiqamətdə əlavə resursların ayrılmasının vacib olduğu bildirilib.

Ukrayna lideri həmçinin avqustun ilk yarısında uzaqmənzilli əməliyyatların icra vəziyyətinin müzakirə edildiyini açıqlayıb.

“Qarşıdakı həftələr və sentyabr ayı üçün uzaqmənzilli zərbələrin prioritetlərini təsdiqlədik. Rusiyaya vurulan təsdiqlənmiş zərər uzaqmənzilli imkanların inkişafı istiqamətində seçdiyimiz kursun düzgünlüyünü sübut edir”, - Zelenski yazıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər