Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO

Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO
17.08.2026 20:13 Hadisə

Əfqanıstanın paytaxtı Kabildə özəl məktəbin yaxınlığında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, partlayış nəticəsində məktəbin şagirdlərinin xəsarət aldığı bildirilir. Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.

Hadisənin baş verdiyi ərazi əsasən şiə müsəlmanlardan ibarət həzarə icmasının yaşadığı rayon kimi tanınır.

Partlayışın səbəbləri və hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. Heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər