Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!”

Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!”
17.08.2026 18:14 Dünya

Rusiya Londondakı səfirliyi Britaniya mətbuatında Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, səfirlik açıqlamasında Böyük Britaniyanın bu addımlarla Ukraynanı dəstəklədiyini və münaqişəyə cəlb olunduğunu iddia edib.

“Böyük Britaniya bu şəkildə ölkəmizi cilovlamaq və başqalarının əli ilə ona maksimum zərər vurmaq məqsədilə ukraynalı neonasistlərin qanlı cinayətlərinə və terror aktlarına yardımçı və iştirakçı kimi çıxış edir”, - deyə açıqlamada bildirilib.

Rusiya səfirliyi Londona xəbərdarlıq edərək qeyd edib ki, Britaniyanın bu fəaliyyətinin “qaçılmaz nəticələri” olacaq.

“Londonun bu əməllərinin nəticələri qaçılmazdır və buna görə cavab verməli olacaq. Münaqişəyə cəlb olunma nə qədər dərin, Kiyevin terror maşınına dəstək nə qədər əhəmiyyətli olarsa, bunun qiyməti də bir o qədər yüksək olacaq”, - deyə səfirlik vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər