Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan

Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan
17.08.2026 18:00 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazından gəmilərin keçidinin sərbəst və ödənişsiz təmin edilməsinə çağırıb.

TodayPress TV xəbər verir ki, Ərdoğan Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib ki, boğazın bağlanması dünya ticarəti üçün ciddi problemlər yaradır.

Onun sözlərinə görə, beynəlxalq neft daşımalarının əhəmiyyətli hissəsi bu marşrutdan həyata keçirilir.

Türkiyə lideri hesab edir ki, Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası dünya ticarətinə müsbət təsir göstərə və neft bazarındakı vəziyyətin normallaşmasına kömək edə bilər.

Ərdoğan gəmilərin hərəkətinin mümkün qədər tez bərpa olunmasının və beynəlxalq gəmiçiliyə maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər