Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi
Dünyanın ikinci raketkası, yeddiqat “Böyük Dəbilqə” çempionu Karlos Alkaras ABŞ-nin Sinsinnati şəhərində keçiriləcək “Masters” turnirini buraxacaq.
TodayPress TV xəbər verir ki, turnirin mətbuat xidməti ispaniyalı tennisçinin yarışda iştirak etməyəcəyini təsdiqləyib.
Bununla da Alkaras ötən il qazandığı çempion titulunu müdafiə edə bilməyəcək.
“Bilirik ki, Karlos mümkün qədər tez korta qayıtmaq üçün əlindən gələni edir. Çempionumuza tezliklə sağalmağı arzulayırıq və gələn il onu yenidən burada görməyi səbirsizliklə gözləyirik”, – deyə turnirin açıqlamasında bildirilib.
Qeyd edək ki, Alkaras bilək nahiyəsindən aldığı zədə səbəbindən bu il Barselona, Madrid, Roma, Monreal və London turnirlərini, həmçinin “Rolan Qarros” və “Uimbldon”u da buraxıb. İspaniyalı tennisçi sonuncu dəfə 2026-cı ilin aprelində rəsmi oyuna çıxıb.
Namiq HUN