Yuriy Syomin: “Kayrat”ın qələbəsi Qazaxıstan futbolunun böyük uğurudur”

Yuriy Syomin: “Kayrat”ın qələbəsi Qazaxıstan futbolunun böyük uğurudur”
27.08.2025 14:10 İdman

Tanınmış rusiyalı məşqçi Yuriy Syomin “Kayrat”ın Çempionlar Liqasının pley-off mərhələsində “Seltik” üzərində qələbəsini (0:0, 3:2 pen.) şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb. 

“Kayrat”ın Çempionlar Liqasına çıxışı klub və onun prezidenti üçün böyük uğurdur. Məncə, bu, ümumilikdə Qazaxıstan futbolunun böyük nailiyyətidir. Orada Aleksandr Kerjakov da çalışıb. İndi “Kayrat” bu uğurda dayanmalı deyil, çünki qarşıda daha ciddi sınaqlar olacaq. Onlara uğurlar arzulamaq lazımdır. Bu gün onlar bir mərhələni keçdi və tapşırığı yerinə yetirdilər.

İndi klub analiz etməlidir ki, hansı mühitə düşüb, orada necə oynamaq və hansı gücləndirmələr etmək lazımdır. Uğurdan sonra komandada müəyyən dəyişikliklər olmalıdır ki, daha yüksək səviyyəli futbolçular gəlsin. Düşünürəm, “Kayrat” bunu bacaracaq, çünki onların prezidenti futbolu sevir və yaxşı anlayır. Klub uğuru inkişaf etdirmək üçün keyfiyyətli güclənmə tapacaq,” – deyə Syomin  bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, “Qəbələ” klubu 2013/2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub və kubokun finalçısı olub.

Namiq HUN

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər