Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi

Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi
23.07.2026 11:58 Dünya

Rusiyanın Arxangelsk vilayətində yanacaq təminatı ilə bağlı yaranmış böhran səbəbindən fövqəladə vəziyyət elan olunub.

TodayPress TV xəbər verir ki, məlumata görə, bölgənin normal fəaliyyətini davam etdirməsi üçün təcili olaraq 21 min ton kömür və 12 min ton dizel yanacağına ehtiyac var. 

Bildirilir ki, bu həcmdə yanacaq təmin edilməzsə, şəhərin kommunal və infrastruktur sistemlərinin fəaliyyəti ciddi təhlükə ilə üzləşə bilər. 

Qeyd edək ki, Arxangelsk Rusiyanın şimal-qərbində, Şimali Dvina çayının Ağ dənizə töküldüyü əraziyə yaxın yerləşən mühüm liman şəhərlərindən biridir.

Şəhər Arktika dairəsinə yaxın yerləşdiyindən burada uzun və sərt qış, qısa və sərin yay mövsümü hökm sürür. Bu səbəbdən bölgənin istilik və enerji təminatı böyük ölçüdə kömür və dizel yanacağından asılıdır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər