Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da...

Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da...
23.07.2026 13:22 Dünya

Vaşinqton Kubanın azad və çiçəklənən ölkəyə çevrilməsini istəyir.

TodayPress TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Kuba ABŞ sahillərindən cəmi 90 mil məsafədə yerləşdiyi üçün bu ölkənin sabitliyi və inkişafı Vaşinqton üçün əhəmiyyət daşıyır.

Rubio jurnalistlərə açıqlamasında deyib ki, ABŞ Kuba üçün daha yaxşı gələcək görmək istəsə də, buna nail olmaq asan olmayacaq. O, hesab edir ki, Kubada qərar qəbul edən şəxslər iqtisadiyyatı necə inkişaf etdirməyi bilmirlər və zəruri islahatları həyata keçirməkdə çətinlik çəkirlər.

Dövlət katibi əlavə edib ki, Kuba rəhbərliyi iqtisadiyyatı inkişaf etdirə biləcək dəyişikliklərdən çəkinir. Onun fikrincə, bunun əsas səbəbi siyasi nəzarətin zəifləyəcəyindən ehtiyat etmələridir.

Rubio, həmçinin ABŞ administrasiyasının daha əvvəl Rusiya ilə Kuba arasındakı münasibətləri ABŞ-nin təhlükəsizliyi üçün "birbaşa təhdid" kimi qiymətləndirdiyini vurğulayıb. 

Xatırladaq ki, Kuba inqilabının lideri Raul Kastronun nəvəsinin ABŞ Prezidenti Donald Trampla danışıqlara hazır olduğu barədə məlumat yayılmışdı.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər