Rusiya tonlarla qızılı satışa çıxardı - Böhran ölkəni dalana dirədi
Rusiya Mərkəzi Bankı rekord həcmdə – 44 tona yaxın qızıl satıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Moscow Times" məlumat yayıb.
Məlumata görə, Moskva bu addımla federal büdcədə yaranmış kəsiri kompensasiya etməyə çalışır. Bildirilir ki, 2026-cı ilin əvvəlindən büdcə kəsiri təxminən 6 trilyon rubla çatıb.
İyunda Rusiyanın qızıl ehtiyatlarının daha 9,33 ton azaldığı qeyd olunur.
Beləliklə, ilin əvvəlindən etibarən ölkənin qızıl ehtiyatları ümumilikdə 43,5 ton azalıb.
Jalə Rövşən