Trampdan sürpriz təklif: İnfantino BMT-nin Baş katibi ola bilər?
ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun BMT-nin növbəti Baş katibi olmasını istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Nəşrin yazdığına görə, futbol üzrə dünya çempionatının təşkili zamanı Tramp və İnfantino arasında münasibətlər daha da yaxınlaşıb. ABŞ Prezidenti hesab edir ki, FIFA rəhbəri dünyada böyük hörmət qazanıb və insanları bir araya gətirmək bacarığına malikdir.