Van Bommelin oyun fəlsəfəsi: “Topa sahib olub rəqibə təzyiq göstərəcəyik!”
Belçika milli komandasının baş məşqçisi Mark van Bommel UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda İtaliyaya qarşı keçiriləcək oyundan əvvəl komandadan gözləntilərini və taktiki hədəflərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssis komandanın hazırlıq səviyyəsindən razı qaldığını, topa sahib olmağa və üstün futbol oynamağa üstünlük verəcəklərini vurğulayıb:
“Çox yaxşı məşq etdik, səviyyə həqiqətən yüksək idi. Necə oynamaq istədiyimizlə bağlı aydın təsəvvürümüz var və məncə, komanda bunu çox tez qavradı. Biz dominantlıq etmək və topa sahib olmaq istəyirik. Bu, bizim əsas prinsiplərimizdir və oyunçuları buna inandırmaq üçün 3-4 günümüz var idi. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik və evə üç xalla qayıdacağıq”.
Namiq HUN