UEFA Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub etdi - YENİLƏNDİ
Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.
TodayPress TV xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.
8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Beləliklə, Azərbaycan millisi xallarının sayını beşə çatdırıb. Litva millisinin dörd, Lixtenşteynin isə bir xalı var.
***
UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev 25-ci dəqiqədə fərqlənib - 1:0.
***
UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva matçına start verilib.
TodayPress TV xəbər verir ki, D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.