Tarixi şans! Arsenal üçün hər şey bu finaldan başlayır

İdman

20.03.2026 09:27

Veteran futbolçu Alan Şirer “Arsenal” klubunun cari mövsüm “kvadrupl” (dörd titul) qazanmaq şanslarını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Betfair” nəşrinə müsahibəsində bildirib:

“Əgər “Arsenal” Liqa Kubokunu qazansa, kvadrupl məsələsi daha ciddi görünəcək. Bu, böyük “əgər”dir, çünki qarşıdakı matç çox vacibdir. “Mançester Siti”  üçün bu, bəlkə də mövsümdə titul qazanmaq üçün son şans olacaq. Hər iki klub üçün bu, çox böyük oyundur. Amma “Arsenal” qalib gəlsə, futbolda hələ heç vaxt baş verməmiş dörd titulun qazanılması barədə söhbətlər daha da artacaq”. 

Qeyd edək ki, “Arsenal” və “Mançester Siti” klubları martın 22-də İngiltərə Liqa Kubokunun finalında qarşılaşacaqlar. Londonun “Uembli” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: Arsenal,Kvadrupl,Alan Şirer,Mançester Siti,Todaypress.tv,