“Rayo”nun qapıçısı final öncəsi sakitliyini qoruyur
Auqusto Batalya UEFA Konfrans Liqasının finalı öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, “Rayo Valyekano” klubunun qolkiperi “Kristal Pelas”a qarşı keçiriləcək həlledici oyuna sakit və inamlı şəkildə hazırlaşdıqlarını bildirib.
“Buna çox sakit yanaşıram, həqiqətən çox sakitəm. İndiyədək necə çalışmışamsa, yenə eyni qaydada işləyəcəyəm. Baş verənlərdən həzz almaq üçün ən azı bir an tapmağa çalışacağam. Orada olmaq, ailəmin yanımda olacağını və uşaqlarımın bunu yaşayacağını bilmək möhtəşəmdir”, - deyə Batalya UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final oyunu mayın 27-də Almaniyanın Leypsiq şəhərində yerləşən “Red Bull Arena” stadionunda keçiriləcək.
Namiq HUN