Futbol əfsanəsi Ronaldinyo həyatının sirrini açıqladı: “Mən beləyəm!”

Futbol əfsanəsi Ronaldinyo həyatının sirrini açıqladı: “Mən beləyəm!”
21.08.2026 10:30 İdman

“Barselona” klubunun sabiq hücumçusu Ronaldinyo həyatdan zövq aldığını və əyləncələri sevdiyini bildirib.

TodayPress TV xəbər verir ki, braziliyalı futbolçu “Netflix” platformasında yayımlanan “Yeganə və təkrarolunmaz” adlı sənədli filmdə şəxsi planlarından danışıb:

“Sadəcə həyatdan zövq alıram. Əyləncələri çox sevirəm. Bütün planlarım qeyd olunub: ayın 12-də əyləncə, 14-də Rumıniyada tədbir, 18-də də böyük hərəkətlilik olacaq. Mən beləyəm. Xoşbəxtəm və hər şeydən tam razıyam”.

Qeyd edək ki, Ronaldinyo tarixdə dünya çempionluğu, Amerika Kuboku, Konfederasiyalar Kuboku, UEFA Çempionlar Liqası və Libertadores Kubokunu qazanmış yeganə futbolçu olaraq qalır.

Braziliyalı əfsanə 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. O, həmçinin 2004 və 2005-ci illərdə FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

Namiq HUN

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər