Alyaskada 8 nəfərin olduğu təyyarə qəzaya uğradı

Alyaskada 8 nəfərin olduğu təyyarə qəzaya uğradı
21.08.2026 08:45 Dünya

ABŞ-nin Alyaska ştatında göyərtəsində 8 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, hadisə ştatın qərbində, Kap Nyuenhem ərazisində baş verib.

Təyyarədə 2 pilot və 6 sərnişin olub. Məlumata görə, təyyarə Ankorik şəhərindən havaya qalxıb. Hazırda qəza yerində axtarış-xilasetmə işləri aparılır.

Təyyarədə olan şəxslərin vəziyyəti barədə hələlik məlumat yoxdur. Qəzanın səbəbləri araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər