Yaponiyada bir ildən sonra ilk edam icra edildi

Yaponiyada bir ildən sonra ilk edam icra edildi
21.08.2026 09:14 Dünya

Yaponiyada bir ildən çox müddətdən sonra ilk dəfə ölüm hökmü icra olunub.

TodayPress TV xəbər verir ki, 58 yaşlı Sunao Takami 2009-cu ildə Osakada paçinko salonunu yandıraraq 5 nəfərin ölümünə səbəb olub.

Hadisə nəticəsində 4 müştəri və 1 işçi həyatını itirib. Takami 2011-ci ildə asılmaqla edam cəzasına məhkum edilib. Müdafiə tərəfinin onun cinayət zamanı ruhi xəstəlikdən əziyyət çəkməsi ilə bağlı arqumenti məhkəmə tərəfindən qəbul edilməyib.

Yaponiya və ABŞ hazırda G7 ölkələri arasında ölüm hökmünü saxlayan yeganə dövlətlərdir. Yaponiyada məhbuslara edam olunacaqları barədə adətən yalnız bir neçə saat əvvəl məlumat verilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər