Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı
21.08.2026 08:15 Sosial

Xankəndi şəhərinə, Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TodayPress TV 

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər