Joao Kanselu “Barselona”ya qayıtdı: 2029-cu ilə qədər müqavilə!

Joao Kanselu “Barselona”ya qayıtdı: 2029-cu ilə qədər müqavilə!
21.08.2026 08:06 İdman

“Barselona” klubu portuqaliyalı cinah müdafiəçisi Joao Kanselunun transferini rəsmən açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytında yayılan məlumata görə, 32 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər – üç mövsümlük müqavilə imzalanıb. 

Kanselu daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edib.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi 2026-cı ilin yanvarında mövsümün sonunadək icarə əsasında “Barselona”ya qayıtmışdı. O, bundan əvvəl 2023/24 mövsümündə də Kataloniya klubunun formasını geyinib.

Kanselu “Barselona”da bütün turnirlərdə 65 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçunun “Əl-Hilal”la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, mətbuatda yayılan məlumatlara görə, tərəflər daha sonra müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv ediblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər