Şahzadə Harri və Meqan 6 ildən sonra Britaniyaya qayıdır

Şahzadə Harri və Meqan 6 ildən sonra Britaniyaya qayıdır
21.08.2026 02:00 Dünya

Şahzadə Harri və Meqan Markl ABŞ-də keçirdikləri altı ildən sonra Böyük Britaniyada yaşamağa qayıtmağa hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, məlumata görə, cütlük avqustun sonunda Londondan çox uzaqda olmayan şəxsi evə köçəcək.

Onların 7 yaşlı oğlu Şahzadə Arçi və 5 yaşlı qızı Şahzadə Lilibet artıq yeni tədris ili üçün Britaniyadakı məktəbə qeydiyyatdan keçirilib.

Kral III Çarlzın da cütlüyün bu qərarı barədə həftəsonu məlumatlandırıldığı bildirilir.

Bununla belə, Harri və Meqan hələlik kral ailəsinin rəsmi üzvləri kimi fəaliyyətə qayıtmağı planlaşdırmırlar. Onlar Kaliforniyadakı evlərini və Portuqaliyadakı yay iqamətgahlarını da saxlayacaqlar.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər