Yəmən sahillərini və limanlarını qorumaq üçün yeni komitə qurdu
Yəmən Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndəb boğazında gəmiçilik marşrutlarını qorumaq və naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün Milli Dəniz Təhlükəsizliyi Komitəsi yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə nəqliyyat naziri Möhsin Heydara əl-Omari məlumat yayıb.
Komitə Yəmənin sahillərinin, limanlarının, gəmilərinin qorunmasına, naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə və qanunvericiliyin yenilənməsinə diqqət yetirəcək.
Aysel Mətləb