Ukraynada səfərbərlik dəyişir? - Zelenski “real qərarlar” tələb etdi

Ukraynada səfərbərlik dəyişir? - Zelenski “real qərarlar” tələb etdi
20.08.2026 19:53 Dünya

"Müdafiə Nazirliyi səfərbərliyin keçirilməsi qaydalarında dəyişikliklərlə bağlı real təkliflər təqdim etməlidir, proses daha humanist olmalıdır".

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat yayıb.

“Bütün bunlar səfərbərlik və müqavilələrlə, eləcə də hərbçilərimizin rotasiyası ilə bağlıdır. Real qərarlar, real təkliflər lazımdır”, - deyə dövlət başçısı vurğulayıb və əlavə edib ki, Müdafiə Nazirliyindən, həmçinin Silahlı Qüvvələrdən bu istiqamətdə sistemli birgə iş gözləyir.

Liderin sözlərinə görə, orduda təşkilati məsələlərin həllinə daha humanist və sistemli yanaşma lazımdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər