“Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer
“Qalatasaray” klubu Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb.
TodayPress TV İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la müqavilə imzalayacaq.
Daha əvvəl yayılan xəbərlərdə transfer məbləğinin 25 milyon avro olacağı, müqavilədə isə əlavə olaraq 4 milyon avro bonusun nəzərdə tutulacağı bildirilib. Batrakovun “Qalatasaray”la 4 illik müqavilə imzalayacağı qeyd olunur.
“Lokomotiv” akademiyasının yetirməsi olan Batrakov əsas komandada 84 oyun keçirib, 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
Namiq HUN