İki qadın güləşçimiz U-20 dünya çempionatının finalında!

İki qadın güləşçimiz U-20 dünya çempionatının finalında!
20.08.2026 20:07 İdman

Azərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.

TodayPress TV xəbər verir ki, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla üz-üzə gəlib.

Rəqibini məğlub edən G. Qurbanova həlledici görüşə vəsiqə qazanıb.

Ruzanna Məmmədova (59 kq) eyni raundda Eda Balaşa (Macarıstan) rəqib olub.

Təmsilçimiz tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib.

Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər