İran Kaliforniyanı öz ərazisi elan etdi
İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamasına ironik cavab verib.
TodayPress TV xəbər verir ki, İranın Hindistanın Haydarabad şəhərindəki konsulluğunun rəsmi hesabında ABŞ xəritəsi paylaşılaraq Kaliforniya “İran İslam Respublikasının yeni ərazisi” kimi göstərilib.
Bu addım Trampın Hörmüz boğazını “Yeni ABŞ ərazisi” adlandıran xəritə paylaşımından sonra gəlib.
Belə ki, Tramp avqustun 18-də sosial şəbəkədə Hörmüz boğazını “NEW U.S. Territory” (“Yeni ABŞ ərazisi”) yazısı ilə işarələnmiş xəritə yayıb. O, daha əvvəl boğazı ABŞ ərazisi elan edəcəyini bildirmişdi.
Türkan İsgəndərli
TodayPress TV