Qadınlar da orduya çağırılacaq? - Ukraynada səfərbərliyin yeni mərhələsi
Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov ölkədə qadınların da hərbi xidmətə cəlb olunmasını təklif edib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Reznikov İsrail nümunəsini göstərərək bildirib ki, qadınların hərbi xidmətə cəlb edilməsi Ukraynanın səfərbərlik resursunu iki dəfə artırmağa imkan verə bilər.
Onun sözlərinə görə, Ukrayna Ali Radası qanunvericiliyə dəyişiklik etməli və hərbi vəzifənin bütün vətəndaşlara şamil olunmasını təmin etməlidir. Reznikov qadınların yalnız tibb sahəsində deyil, ordunun digər bölmələrində də xidmət edə biləcəyini qeyd edib.
Kübra Musayeva