Məxfi sənədlər üzə çıxdı: ICE rusiyalıları qanunsuz olaraq Tehrana göndərib?
ABŞ-nin İmmiqrasiya və Gömrük Polisi (ICE) 2025-ci ildə bir neçə Rusiya vətəndaşını İrana deportasiya edib.
TodayPress TV xəbər verir ki, bu barədə RTVI.US Milli İran-Amerika Şurasına (NIAC) istinadən məlumat yayıb.
NIAC diqqətə çatdırıb ki, məhkəmə İran pasportları rəsmiləşdirilməmiş Rusiya vətəndaşlarının İslam Respublikasına deportasiya edilməsini qadağan edib.
ICE-nin deportasiya qərarı ötən ilin iyununda İsrail və ABŞ silahlı qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri fonunda qəbul edilib. Bununla yanaşı, 2025-ci ildə ABŞ-də saxlanılan İran vətəndaşlarının ümumi sayı 577 nəfər olub.
NIAC-ın məlumatına görə, deportasiyanın təşkilinə o vaxt miqrasiya idarəsinin direktor səlahiyyətlərini icra edən Todd Lyons, eləcə də ICE-nin digər yüksək vəzifəli əməkdaşları cavabdeh olub.
Məlumata görə, logistika məsələlərinə dair bir neçə elektron məktubda Qətərin daxili təhlükəsizliyi təmin edən “Ləhviyə” xüsusi təyinatlı qüvvələrinin əməliyyatda iştirakından bəhs edilib.
ICE-nin ən azı bir əməkdaşı əməliyyat zamanı Pakistanın ABŞ-dəki səfirliyində fəaliyyət göstərən İranın maraqlar bölməsi ilə sıx əlaqə saxlayıb. Bununla yanaşı, həmin əməkdaş humanitar səbəblərə istinad edərək deportasiya siyahılarına yeni şəxslərin daxil edilməsinə çalışıb.
Bundan əvvəl ABŞ Federal Təhqiqatlar Bürosuna (FBI) ölkənin miqrasiya polisi əməkdaşlarının iştirakı ilə baş verən insidentləri araşdırmaq qadağan edilib.
Qiymət Mahir