Dünya çempionatında Azərbaycan himni səsləndi: Fərid Rzazadə qalib oldu!

Dünya çempionatında Azərbaycan himni səsləndi: Fərid Rzazadə qalib oldu!
21.08.2026 09:54 İdman

Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala gedən yolda Türkiyə təmsilçisi Süleyman Doğrunu, Qazaxıstan cüdoçusu Bekaris Kudaybergeni və Braziliya təmsilçisi Artur Bonatonu məğlub edərək mübarizədən kənarlaşdırıb.

Fərid Rzazadə final görüşündə daha bir Qazaxıstan təmsilçisi Adiljan Nurbekeni məğlub edib. Bununla da cüdoçumuz dünya çempionatının qızıl medalına sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Dünya çempionatında Azərbaycan himni səsləndi: Fərid Rzazadə qalib oldu! — 1
Dünya çempionatında Azərbaycan himni səsləndi: Fərid Rzazadə qalib oldu! — 2
Dünya çempionatında Azərbaycan himni səsləndi: Fərid Rzazadə qalib oldu! — 3
XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər