Ukrayna PUA-ları Rusiyanın neft zavodunu vurdu - VİDEO
Ukraynaya məxsus PUA-lar Rusiyanın Perm şəhərində yerləşən “Lukoyl-Permnefteorgsintez” neft emalı zavoduna zərbə endirib.
TodayPress TV xəbər verir ki, hücumdan sonra zavodda yanğın baş verib.
Zərbə nəticəsində müəssisənin əsas xam neft emalı qurğularından biri – "CDU-5" fəaliyyətini dayandırıb.
Məlumata görə, sözügedən qurğu zavodun ümumi emal gücünün təxminən 34 faizini təşkil edir.
“Lukoyl-Permnefteorgsintez”in illik neft emalı gücü 13 milyon tondan çoxdur.
Türkan İsgəndərli