Allan “Mançester Siti”ni seçdi: transfer üçün son danışıqlar gedir!

Allan “Mançester Siti”ni seçdi: transfer üçün son danışıqlar gedir!
21.08.2026 12:35 İdman

“Mançester Siti” Braziliyanın “Palmeyras” klubunda çıxış edən Allanla əməkdaşlıq şərtlərini şifahi şəkildə razılaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Bildirilir ki, Allan özü də “şəhərlilər”in heyətinə qoşulmaq istəyir. Klublar arasında da mümkün transferlə bağlı danışıqlar davam edir.

Allan 2025-ci ilin yanvarından “Palmeyras”ın əsas komandasında çıxış edir. Bu müddətdə 95 oyunda meydana çıxan hücumçu 9 qol vurub və 11 məhsuldar ötürmə edib.

Futbolçunun “Palmeyras”la hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədər nəzərdə tutulub. “Transfermarkt” portalında 20 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər