Ebola sürətlə yayılır - BMT həyəcan siqnalını çaldı

Ebola sürətlə yayılır - BMT həyəcan siqnalını çaldı
21.08.2026 13:51 Dünya

Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılır. Ölkədə qeydə alınan təxminən 2500 ölümün yarısının son 20 gündə baş verdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) nümayəndəsi Julien Harneis epidemiyanın “eksponensial” şəkildə genişləndiyini açıqlayıb.

Onun sözlərinə görə, xəstəlik artıq Fransadan daha böyük ərazini əhatə edir.

Harneis epidemiyanın qarşısını almaq üçün əlavə resurslara ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, xəstəliyin yayıldığı bölgədə təxminən 30 ildir silahlı münaqişə davam edir və humanitar vəziyyət olduqca ağırdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da vəziyyətin beynəlxalq narahatlıq doğurduğunu bildirib.

ÜST rəhbəri həmçinin Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Touadéra ilə görüşərək epidemiyaya qarşı mübarizəni müzakirə edib. Tərəflər qonşu ölkələrdə hazırlığın artırılmasının və sərhədyanı əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər