“Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan!
“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk matçı Ensxededəki “De Qrols Veste” stadionunda baş tutacaq.
Albaniyalı Yucin Caya qarşılaşmanın baş hakimi olacaq.
“Tvente” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək.
Namiq HUN