Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər

Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər
19.08.2026 17:00 UEFA

Münhen şəhəri 2028-ci il UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

TodayPress TV “Bayern & Germany” nəşrinə istinadən xəbər ver ir ki, müraciətin şəhər şurası tərəfindən təsdiqləndiyi bildirilir. 

Qarşılaşmanın Münhendə yerləşən “Alyans Arena” stadionunda keçirilməsi nəzərdə tutulur. UEFA İcraiyyə Komitəsi finalın keçiriləcəyi şəhərlə bağlı qərarı sentyabr ayının ortalarında açıqlayacaq.

Münhenin meri Dominik Krauze bildirib ki, şəhər 2025-ci ildə yüksək səviyyəli beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək imkanını nümayiş etdirib.

“Belə bir turnirin yenidən keçirilməsi Münhenin beynəlxalq arenada kosmopolit, idmana böyük maraq göstərən və yüksək səviyyəli tədbirlər təşkil edə bilən şəhər kimi tanıdılması üçün əla fürsət olardı”, – deyə mer vurğulayıb. 

Namiq HUN

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər