Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu!
Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.
TodayPress TV xəbər verir ki, UEFA AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərova daha bir məsul oyun həvalə edib.
O, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma avqustun 11-də Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda baş tutacaq.
Namiq HUN