Qvardiola: “Barselonaya bağlıyam, amma prezidentlik mənlik deyil”

İdman

17.11.2025 15:20

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola gələcəkdə “Barselona”ya prezident kimi qayıtmaq ehtimalı barədə danışıb. 

TodayPress TV xəbər verir ki, o, RAC1-ə açıqlamasında klubla dərin bağlarının olduğunu desə də, özünü belə bir rolda təsəvvür etmədiyini bildirib:

“Barselona unikaldır, çünki hər kəsin öz fikri var. Klub daxilindəki insanlar daim yaradılan səs-küyə diqqət yetirməlidirlər. Buna görə bu klub dünyanın ən böyük və ən xüsusi klubudur. Hər kəs onu təmsil etmək istəyir. Mən Barselonanı inkar etmirəm, biz həmişə başladığımız yeri xatırlayırıq. Amma qalstuk taxıb prezident lojada oturmaq? Xeyr, özümü orada görmürəm”.

Qeyd edək ki, Qvardiola “Barselona” ilə böyük bir tarixə malikdir. O, 1990–2001-ci illərdə klubun futbolçusu olub. 2008–2012-ci illərdə isə Kataloniya təmsilçisində baş məşqçi postunu tutub. 

Namiq HUN

tag: Mançester Siti,Barselona,Qvardiola ,Kataloniya ,Todaypress.tv,