Qurban Qurbanov: “Elvin bu cür davam etsə…” - VİDEO
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin çıxışı ilə bağlı danışıb.
TodayPress TV xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında komandanın əsas heyətinin hələ tam formalaşmadığını bildirib:
“Mənim özüm də hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə bilinəcək ki, Elvin bu cür davam etsə, bəli… Yaxşı olacaqsa, niyə də start heyətini qoymayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər get-gedə daha çox olacaq”.
Qurbanovun sözlərinə görə, futbolçuların start heyətində yer alması onların məşqlərdə və oyunlarda göstərəcəyi performansdan asılı olacaq.