“Qarabağ” Kuaku ilə vidalaşdı – yeni ünvan Norveç
“Qarabağ” klubu afrikalı futbolçu Kris Kuaku ilə yollarını ayırıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Norveçin “Sarpsborq 04” klubunda karyerasını davam etdirəcək.
26 yaşlı futbolçunun Skandinav təmsilçisinə keçidi ilə bağlı razlıq əldə olunub. Tibbi müayinədən keçən orta xətt oyunçusu yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Xatırladaq ki, Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.
Namiq HUN